"Neçə vaxtdır deyirəm ki, aktyorlar üçün qəbiristanlıq yaradılsın. Çünki aktyorlar, incəsənət adamları rəhmətə gedəndə hamı qalır bir-birinə baxa-baxa. Çətinlik çəkilir, gözləyirlər ki, Qurd qapısından, Xırdalandan xəbər verilməlidir".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı "ATV səhər"ə açıqlamasında deyib. Aktrisa Rusiyada olan Novodeviçye qəbiristanlığını misal çəkərək Azərbaycanda da eynisinin yaradılmasını təklif edib: