"Bizim genetikamızda xərçəng xəstəliyi heç olmayıb, ilk dəfə atamda peyda oldu. Bilmədik necə baş verdi. Bunu bir şeylə əlaqələndirirəm. Həkim demişdi ki, xəstəlik 2019-cu ildən başlayıb. Düşünürəm ki, özünə baxmaqla əlaqəli deyildi. Həmin il bir hadisə olmuşdu. Mərdəkanda bağ evimizdə baş vermişdi. Biz yasda idik, oğlum marketə getmək üçün icazə aldı, getdi. Uşaq sevinə-sevinə qapıdan çıxanda onu maşın vurdu".
Axşam.az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz "Səhər mərkəzi" verilişində deyib. O bildirib ki, atası övladını maşınla vurduğu zaman yaşadığı stresdən sonra xərçəng olub: