Tanınmış iş adamı, "Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun sahibi olduğu "Şərur” MTK-ya qarşı dələduzluq etməkdə təqsirləndirilən Rəşad Həsənovun cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək iş aprelin 26-na təyin edilib.
Cinayət işi hakim Novruz Kərimovun sədrliyi ilə araşdırılacaq.
Qeyd: Rəşad Həsənov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə zərərçəkmiş qismində İsfəndiyar Axundov və onun şirkəti "Şərur” MTK tanınır.
Hadisə barədə mətbuata açıqlama verən İsfəndiya Axundov bildirib ki, Rəşad Həsənov "Şərur” MTK-da komendant işləyib. O, iş adamına qarşı 1 milyon manata yaxın dələduzluq edib.
Kamal Məmmədov