Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Bakıda qətl törədən gənclərin məhkəməsi başlayır

871
Paylaş:
Bakıda qətl törədən gənclərin məhkəməsi başlayır

Bakıda qətl törətməkdə təqsirləndirilən Aleksandr Serebrennikov və Elman Mənsumovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsimə göndərilib.

Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

oktyabrın 09-u saat 20 radələrində Sabunçu rayonu, Hövsan qəsəbəsi ərazisində 1994-cü il təvəllüdlü Çərkəz Ələskərovun üzərində çoxsaylı xəsarət izləri olan meyiti aşkar edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat axtarış tədbirləri ilə qeyd edilən cinayət əməlinin 2006-cı il təvəllüdlü Aleksandr Serebrennikov və Elman Mənsumov tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Aleksandr Serebrennikov və Elman Mənsumov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər