Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısının nümayəndəsi sahibkarın oğlunu həbs etdirmək istəyib.
Qaynarinfo-nun məlumatına görə, guya sahibkarın oğlu Mingəçevir şəhər, Vidadi küçəsi 6 saylı binanın qarşısında İcra Hakmiyyətinin əməkdaşına qarşı tabesizlik nümayiş etdirib.
Belə ki, sahibkar Vidadi Əliyev özünə məxsus olan "Bizim market” mağazasının qarşısında 8 kv.m ərazidə əlavə tikinti-quraşdırma işi aparıb. Şəhərin 2 nömrəli sahə ərazi inzibati dairəsinin nümayəndəsi Nəriman İsmayılov yaxınlaşaraq, sahibkardan tikinti-quraşdırma işinə dair sənəd tələb edib. Vidadi Əliyev əlavə tikintiyə görə heç bir sənədin olmadığını, Mingəçevir şəhər bələdiyyəsinə ərizə ilə müraciət etdiyini deyib.
Bundan sonra Nəriman İsmayılov qanunsuz tikinti işinin dayandırılmasını, tikilinin əvvəlki vəziyyətinə qaytarılmasını tələb edib. Bu zaman sahibkarın 1997-ci il təvəllüdlü, ali təhsilli övladı Ramil (şərti) ona etiraz edib. Qəzəblənən məmur sahibkarın övladı barəsində İcra Hakmiyyətinin əməkdaşına qarşı tabesizlik nümayiş etdirmək adı ilə polisə şikayət verib.