“WhatsApp” mesencerinin administrasiyası xidmətin yaxın aylarda əlavə olunacaq yeni funksiyalarından danışıb. Şirkətdən bildiriblər ki, onlar istifadəçilərin məxfilik və təhlükəsizlik səviyyəsini gücləndirməyə yönəldiləcək.
Əvvəla, “WhatsApp” hesabını yeni cihaza köçürərkən artıq istifadəçidən köhnə cihazdakı hərəkəti təsdiqləməsi tələb olunacaq.
“Bu funksiya sayəsində başqası sizdən xəbərsiz hesabınızı yeni cihaza köçürməyə cəhd edərsə, xəbərdarlıq alacaqsınız”, - deyə mesencerin administrasiyasından bildirilir.