"İkinci Vətən müharibəsi başlayanda 37 yaşım var idi. Yaşım düşmürdü, çünki o yaşda hərbiyə çağırış yox idi. Amma qaçıb getdim hərbiyə". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Vüqar Muradov "7 canlı" verilişində deyib. O bildirib ki, əsgərliyə getməyib:
"Əsgərlikdə olmasam da, müharibəyə getdim"
"Zamanında orqanizmimdə olan problemlərə görə əsgərliyə aparmadılar. Ayağımın altı düz idi və mədəmdə xora varıydı. Halbuki əsgər olmaq böyük arzum idi. Əsgərlik də keçməmişdim. Arxa cəbhədə - Beyləqan, Füzuli, Ağcabədi tərəfdə əsgərlərə kömək etmək istəyirdim. ATV-də verilişlərin birində çıxışımı etdim və oradan çıxıb birbaşa müharibəyə getdim".