"Xəstəlikdən danışmaq istəmirəm. Yaxşıyam. Həyat davam edir".
Pravda.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Könül Xasıyeva "Günaydın, Azərbaycan" verilişində deyib. Bir müddət əvvəl boğazında şiş aşkarlandığını deyən xanəndə səhhətinin yaxşı olduğunu bildirib:
"Bu xəstəlik üstünə tez düşülməsini tələb edir. Və də əlində vəsait olmalıdır. Təsadüf nəticəsində vaxtında öyrəndim. 23 ildir bu xəstəlik məndə var. Daim nəzarətdə saxlayırdım. Getdiyim xarici ölkədə ilk bunu yoxlatdırırdım. Keçən il boğazıma divan tutdum, soyuq su içdim. Mən anadangəlmə astma xəstəsiyəm. Sənəti bu xəstəliklə birlikdə yaşadıram".