Onkoloq, cərrah İvan Karasev siyənəyi xərçəngin qarşısının alınması üçün ən faydalı məhsullardan biri adlandırıb.
Pravda.az xəbər verir ki, o, öz "Telegram" kanalında yazıb ki, onkologiyanın inkişafına sərbəst radikallar səbəb olur və buna görə də orqanizmin sadəcə olaraq antioksidantlara ehtiyacı var.
Onun sözlərinə görə, bu antioksidantları, həmçinin orqanizm üçün əvəzolunmaz omeqa-3 yağ turşularını siyənək balığından, həmçinin yerfıstığı, küncüt və püstədən almaq olar.