Bakıda Pakistan vətəndaşları oğurlanıb.
Pakistan İslam Respublikasının vətəndaşları 2003-cü il təvəllüdlü Khushnam Ali və 1985-ci il təvəllüdlü Shahzad Alı Binəqədi RPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət edərək bildiriblər ki, Azərbaycana turist qismində gəldikləri zaman həmyerliləri Pakistan İslam Respublikasının vətəndaşları 1996-cı il təvəllüdlü Mukhtar Mohsin, 1988-ci il təvəllüdlü Abbas Muhammad və 1996-cı il təvəllüdlü Muzammil Muhammad onları “H.Əliyev adına Beynəlxalq Hava Limanı”nda qarşılayıb, onları taksi fəaliyyəti göstərmək adı ilə Binəqədi rayonu, Azadlıq prospekti ev 192/30, mənzil 20 ünvanında yerləşən, 1992-ci il təvəllüdlü Ağazadə Ayxan Məzahir oğluna məxsus mənzilə gətirərək əl-qollarını kəndirlə bağlayıb döyüblər. O cümlədən kəsici alətlə hədə-qorxu gələrək üzərlərində olan 1500 ABŞ dollarını və 400 Avro pulunu ələ keçiriblər.