Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Ekspert: “Ən yaxın zamanlarda biz tamamilə yeni bir texnoloji dünyanın şahidi olacağıq”

714
Paylaş:
Ekspert: “Ən yaxın zamanlarda biz tamamilə yeni bir texnoloji dünyanın şahidi olacağıq”

“Süni intellekt sahəsində araşdırmaları dayandırmaqla bağlı məşhur müraciətə imza atan İlon Maskın özü süni intellekt şirkəti yaradıb. Görünür ki, bu sektorda bütün oyun qaydaları  pozulub. Süni intellektin bəşəriyyət üçün təhlükələr yarada biləcəyini söyləyib buna imza atanlar özləri bu sahədə böyük işlərə girişirlər. İlon Maskın Tesla, SpaceX, Starlink, Twitter, Neuralink və s. şirkətlərinə daha biri əlavə olunub. Bir neçə gün öncə o, X.Aİ süni intellekt şirkəti yaradıb”.

Pravda.az xəbər verir ki, bunu ekspert Osman Gündüz deyib.

O.Gündüz bildirib ki, hazırda bu şirkət üçün ən yaxşı mütəxəssisləri  və investorlar cəlb etməklə məşğuldur: “Maraqlıdır ki, hazırda ən öndə gedən ChatGPT süni intellekt həllinin sahibi olan Open.Aİ şirkətinin formalaşmasında da İlon Mask iştirak edib. Sonradan fikir ayrılıqları olduğundan bu şirkətdən kənarlaşıb. Güman etmək olar ki, İlon Mask hazırda bazar dəyəri 30 milyard dollar olan bu qurumdan ayrılmaqla hesablaşmaq istəmir. Həm də, onun da imzası olan müraciətə etinasızlıq dünyanın ən zəngin insanını, necə deyərlər hirsləndirib. Görünən odur ki, süni intellekt bazarında kəskin rəqabət formalaşmaqdadır”.

Ekspert xatırladır ki, texnologiyaların inkişafının yarada biləcəyi təhlükələrlə bağlı oxşar müraciətlər əvvəllər də olub: “Bir neçə il  öncə süni intellektdən müharibələrdə istifadə edilməməsi ilə bağlı  məşhurların hökumətlərə müraciəti olmuşdu. Hansı ki, heç bir nəticəsi olmadı. Görünür ki, İlon Maskın, Apple və Ripple kimi nəhəng qurumların rəhbərlərinin və məşhur universitetlərin professorlarının da süni intellekt sahəsində araşdırmaların dayandırılması ilə bağlı məktubuna mövcud  bazar oyunçuları tərəfindən heç bir reaksiya verilməməsi bu bazara yeni, daha nəhəng oyunçuların daxil olmasına səbəb olacaq. Bütün qeyd olun təhlükələrə baxmayaraq bəşəriyyət süni intellektin bu formada sürətli və rəqabətli formada inkişafından nə qazanacaq? Xeyiri, yoxsa fəsadları çox olacaq? Hələlik bunu proqnozlaşdırmaq asan deyil. Dünyanın ən zəngin investorları süni intellekt sektoruna milyardlarla yatırımlar edirlər. Hədsiz böyük rəqabət formalaşıb bu mühitdə. Güman ki, ən yaxın zamanlarda biz tamamilə yeni bir texnoloji dünyanın şahidi olacağıq”.

Paylaş:

Ən son xəbərlər