Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Özünü nazirlik əməkdaşı kimi təqdim edən şəxs hökmdən narazıdır

615
Paylaş:
Özünü nazirlik əməkdaşı kimi təqdim edən şəxs hökmdən narazıdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adından istifadə edərək vətəndaşların pullarını mənimsəyən İlyas Mikayılovun barəsindəki hökmdən kassasiya şikayətinə verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses aprelin 19-na təyin edilib.

Şikayət hakim Hafiz Nəsibovun sədrliyi ilə araşdırılacaq.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlyas Mikayılov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırlatma: İlyas Mikayılov özünü ETSN-in əməkdaşı və həmçinin nazirliyin Xırdalan şöbəsinin müdiri kimi təqdim edərək insanları aldadıb və onlara qarşı külli miqdarda dələduzluq edib. Barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) cinayət işi başlanıb.

Məlumata görə, İlyas Mikayılov zərərçəkmişlərdən iş qurmaq adı ilə pul alıb.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər