Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Bakıda atasını öldürən şəxs Ali Məhkəməyə müraciət etdi

581
Paylaş:
Bakıda atasını öldürən şəxs Ali Məhkəməyə müraciət etdi

Bakıda atasını qətlə yetirməkdə təqsirləndirilən İlqar Kərimovun barəsindəki hökmdən kassasiya şikayətinə verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses aprelin 20-nə təyin edilib.

Şikayət hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.

Bakı Ağır Cinayətlər Məhkəməsinim hökmü ilə İ.Kərimov Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsi tətbiq edilərək 5 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, martın 22-də Xəzər rayonu ərazisində Kərimov Ramiz Nurulla oğlu təzyiq xəstəliyi ilə əlaqədar səhhətinin pisləşməsi nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Meyitin daxili müayinəsi zamanı baş beyin yarımkürələrinin geniş qansızması aşkar olunub.

Qeyd olunan xəsarətlərin küt əşyanın təsirindən təkrar zərbələrlə yetirilməsi zamanı törədilməsi müəyyən edilib.

Aparılmış araşdırmalarla hadisənin zərərçəkmişin oğlu İ.Kərimov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı R.Kərimovun baş nahiyəsinə zərbələr vuraraq törədilməsinə əsaslı şübhələr müəyyənləşib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İ.Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər