Bakıda ağır yol qəzası ilə bağlı cinayət işi açılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, 18 aprel 2023-cü il tarixdə, saat 00:10 radələrində Ağabəyli Əli Faiq oğlu idarə etdiyi “Hyundai Elantra” markalı, 90-UK-605 dövlət qeydiyyat nişanlı avtomobili ilə H.Əliyev prospekti ilə Sabunçu qəsəbəsi istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və nəqliyyat vasitəsi səkiyə çırpılıb.