Cəlilabad rayon sakini, 1992-ci il təvəllüdlü Cavid 1996-cı il təvəllüdlü həyat yoldaşı Afəti (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Cavid Güzdək qəsəbəsində fəhlə işlədiyi daş karxanasında olarkən həm əmisi oğlu Vüqarın, həm də özünün mobil telefonundan arvadı Afətə dəfələrlə zəng edib, telefon söhbəti zamanı qısqanclıq zəminində onunla mübahisə edib.
2022-ci ilin aprelin 14-də telefon danışığında Afət onun bu hərəkətlərindən bezdiyini, iki azyaşlı uşağı ilə bərabər Cəlilabad rayonunda yaşadıqları evdən çıxmaqla Bakı şəhərinə gəlib, ondan ayrı yaşamaq və boşanmaq istədiyini deyib.
Otel otağında qanlı dava
Bu zaman Cavid Afəti öldürəcəyini bildirib. Bundan qorxuya düşən Afət qohumu ilə birgə Bakı şəhərinə gəlib və anası ilə müxtəlif ünvanlarda kirayələdiyi mənzillərdə qalıb.
2022-ci il iyunun 2-də Cavid vatsap vasitəsilə Afətlə əlaqə yaradıb, Bakı şəhərindəki otellərin birində görüşmək istədiyini, bundan sonra onunla boşanacağı barədə yalan vəd verib. Afəti iyunun 3-də saat 15.00-da “Park Bulvar” ticarət mərkəzinin qarşısında görüşməyə razı salıb. Həmin gün saat 15.50-də həmin ünvana çatan Afətlə taksidə L.Tolstoy küçəsində yerləşən “Citadel” otelinə yollanıb.
Otelin 5 saylı otağı icarələyərək razılaşma əsasında Afətlə iki dəfə cinsi əlaqədə olub. Saat 18.20-də radələrində otağı səliqəyə salmaqla sonuncudan hansı səbəbdən görüşə gec gəldiyini soruşub, ona xəyanət etdiyini dediyi zaman yenidən mübahisə yaranıb.
Bu zaman Cavid Afətə şillə vurub. Əşyalarını götürərək otaqdan çıxmaq istəyən Afətə ov bıçağı ilə zərbələr endirməyə başlayıb. Amma tibbi yardım göstərilməsi səbəbindən qadının həyatı xilas edilib.
“Günəmuzd işləmişəm, ailəmi dolandırmışam”
İstintaq orqanı tərəfindən Cavidin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (x üsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cavid ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Afətlə 2014-cü il sentyabrın 30-da bağladığı nikahdan iki azyaşlı övladı var: “2022-ci ilin aprelindən Abşeron rayonunun Güzdək qəsəbəsində yerləşən daş karxanasında fəhlə işləmişəm, bir həftə orada gecələmişəm. Bir həftə isə kənddə qalaraq günəmuzd işləmişəm, ailəmi dolandırmışam”.
“Polisə müraciət etdim”
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2022-ci il aprelin 14-də Afətə zəng edib və onunla mübahisə edib: “Həmin zaman saat 10 radələrində kənddə yaşayan əmim oğlu mənə zəng edərək Afətin uşaqlarını götürməklə evi tərk etdiyini dedi.
Mən də işdən icazə alaraq Cəlilabad rayonuna getdim və Afətin yaşadığımız evdən uşaqlarla özbaşına çıxması barədə Cəlilabad rayon polis şöbəsinə ərizə ilə müraciət etdim. Göstərilən müddətdən Afətdən və uşaqlarımdan heç bir xəbərim olmadı”.
Təqsirləndirilən şəxs deyib ki, 2022-ci il mayın ortalarında Afətin əmisi ona zəng edib və Afətlə barışmaq arzulayıb-arzulamadığını soruşub: “Ona müsbət cavab verdim, arvadımın məni telefonda blokdan çıxarmasını xahiş etdim.
Danışıqdan bir neçə dəqiqə ötmüş Afət mənə vatsapda mesaj yazdı. Biz övladlarımı vaxtaşırı görməyim barədə razılaşdıq”.
“İki dəfə cinsi əlaqədə olduq”
Cavid bildirib ki, 2022-ci il iyunun 2-də işdə olduğu zaman qayınatası vatsapda zəng vuraraq onunla Afətin boşanmalarını istəmədiyini deyib:
“Sonra arvadım mənə vatsapda mesaj yazdı, növbəti gün saat 15.00-da Bakı bulvarında görüşməyi təklif etdi. Mən də etiraz etmədim. İyunun 3-də səhər saatlarından bulvarda gəzərək vaxt keçirdim. Saat 15.00-da Afətə mesaj göndərməklə onun harada qalması, gecikməsinin səbəbini ilə maraqlandım. Arvadım Dərnəgüldə olduğunu dedi.