"Maxi.az" elektronika və məişət texnikası mağazasının çəkdiyi reklam etirazla qarşılanıb.
Metbuat.az xəbər verir ki, şirkət yaranmasının 7-ci il dönümü ilə bağlı rəsmi sosial media hesabında videoçarx yayımlayıb. Videoda Merlin Monro obrazı və ona tamaşa edən ofisiant canlandırılıb. Reklam roliki izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Ad günü olmasına baxmayaraq, izləyicilərin əksəriyyəti təbrik əvəzinə, şirkəti tənqid ediblər. Bəzi izləyicilər isə "Maxi.az"a bir də reklam çəkməməyi tövsiyə ediblər.