BURADA REKLAMINIZ OLA
BİLƏR

Nəriman Məmmədov sədr vəzifəsindən istefa verdi

Aprelin 17-də "Nərimanfilm” prodüser şirkətinin ofisində Azərbaycan Kino Prodüserlər Gildiyasının növbəti yığıncağı keçirilib. Toplantı iştirakçıları mövcud vəziyyət, aparılan kino islahatlarının cari vəziyyəti, Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində 20-21 aprel 2023-cü il tarixlərində "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino Forumunda ümumi müzakirəyə çıxarılacaq məsələlər barəsində və Kino Prodüserlər Gildiyasının adından çıxış edəcək məruzəçilər haqqında fikir mübadiləsi aparıblar.

 

Görüşdə üzvlərin sayının artırılması, Gildiyanın daha böyük hədəflərə çatması, Mədəniyyət Nazirliyi və digər dövlət qurumları ilə sıx əməkdaşlığın qurulmasına dair fikirlər söylənilib.

 

Görüşdə Gildiyaya yeni üzvlər qəbul olunub, sədr Nəriman Məmmədov isə öz ərizəsi ilə istefa verdiyini bildirib. Yığıncaqda iştirak edənlər yekdilliklə ictimai birliyə müvəqqəti sədrliyi Gildiyanın sədr müavini Nazim Hüseynova həvalə ediblər.

 

Gildiyanın sədri vəzifəsinə seçkilərin tarixi barədə məlumat tezliklə icimaiyyətə çatdırılacaq.

Tarix: 18 Aprel 2023, 16:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin