Ermənistanın 1991-ci ildə Alma-Ata Bəyannaməsini imzalaması zamanı irəli sürdüyü şərtlər təqdim olunmayıb.
Pravda.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin 2022-ci il proqramının icrası barədə hesabatı ilə bağlı parlamentdəki müzakirələri zamanı deyib.
“Siz həmin şərtləri oxumusunuz? Onları bilirsiniz, yaxud nə vaxtsa onlar açıqlanıb? Həmin şərtlər imzalanma anında olmayıb. Razılaşmanı ratifikasiya edən zaman parlament hər hansı mətn dərc edib... gəlin oxuyaq, anlamağa çalışaq”, - Paşinyan ona bu barədə sual verən müxalif deputata deyib.