Hərbi ekspert, polkovnik Şair Ramaldanova ağır itki üz verib. Bakupost.az xəbər verir ki, Şair Ramaldanovun anası Nuriyyət Ramaldanova bu gün səhər dünyasını dəyişib.
Məlumatı hərbi ekspert Üzeyir Cəfərov ictimailəşdirib. O bildirib ki, dəfn mərasimi bu gün saat 12-də Xaçmaz rayonunda - Xudatda olacaq. 3 mərasimi isə aprelin 21-də Xudatda keçiriləcək.