"Dərnəgül-Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatarın maşinistinə bir kişi sərnişinin özünü pis hiss etməsi barədə məlumat verilib.
Bakı metrosunda halı piləsəşən sərnişin dünyasını dəyişdi
Pravda.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Dispetçerə daxil olmuş məlumat əsasında sərnişin "Xalqlar dostluğu" stansiyasında düşürülüb, təcili tibbi yardım çağırılıb. Qatardan düşürülənə qədər sərnişin dünyasını dəyişib.