Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Çin Xalq Respublikasının (ŞXR) xarici işlər nazirinin müavini Ma Caosyü ilə görüşüb.
Cənab Caosyü təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Çin əlaqələrinin hazırda hər iki dövlət başçıları sayəsində bütün sahələrdə inkişaf etdiyini, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. O, Azərbayan və Çin dövlət başçılarının Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin son sammiti çərçivəsində görüşünün gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşməsi baxımından əhəmiyyətinə toxunub. İki ölkə arasındakı münasibətlərin genişlənməsində Heydər Əliyev Fondunun Çində həyata keçirdiyi hümanitar və mədəni layihələrin, həmçinin Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasındakı əməkdaşlığın və hər iki ölkə səfirliklərinin fəaliyyətinin əhəmiyyəti vurğulanıb.
Azərbaycan nümayəndə heyətinin pandemiyadan sonra ÇXR-ə səfər edən ilk heyətlərdən olduğunu bildirən Ma Caösyü Azərbaycanın Çinin bütün təşəbbüslərinə daim müsbət reaksiya göstərdiyini, “Bir kəmər, bir yol” təşəbbüsünə verdiyi töhfələri qeyd edib.