İsrail ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artım tempi müşahidə olunur.
"İsraillə Azərbaycan arasında ticarət dövriyyəsinin artım tempi müşahidə olunur" - Nazir
Pravda.az xəbər verir ki, bu barədə İsrail Dövlətinin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Kohen aprelin 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib.
O, iki ölkə arasında ticarət dövriyyəsinin artım tempinin müşahidə olunduğunu deyərək bunun daha da artırılması üçün geniş imkanların olduğunu bildirib.