Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti, Dövlət Mükafatı laureatı, "Şöhrət" ordenli, Prezident təqaüdçü Ramiz Məlik səhhətində yaranmış problemlərlə bağlı Heydər Əliyev Fonduna müraciət edib.
Pravda.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya aktyorun özü məlumat verib.
Müalicə aldığı xəstəxananın xərclərini ödəyə bilməyən aktyor Heydər Əliyev Fondundan kömək istəyib:
"İndiki zamanda xəstənin maddi təlabatını ödəmək lazımdır. Mənim səhhətimdə yaranmış problemi Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı bilir. Hətta nazirlikdən evə gəlib səhhətimlə maraqlanlar oldu. Dedi ki, "Ramiz müəllim, sizə kömək etməyə hazırıq”. Üstündən bir az keçəndən sonra dedi ki, kömək üçün nazirliyin büdcəsi yoxdur. Maddi kömək olmadan xəstə indiki zamanda sağala bilməz. Bir yandan dərmanlar, bir yandan həkimlərin haqqı, bir yandan da xəstəxana xərcləri, mən bunların hamısını ödəyə bilmirəm. Hər yan öd tutub yanır”.