Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Qayınanası ilə dalaşıb evini yandıran şəxs məhkəmə zalından həbs olundu

576
Paylaş:
Qayınanası ilə dalaşıb evini yandıran şəxs məhkəmə zalından həbs olundu

Abşeron Rayon Məhkəməsində əmlakı qəsdən məhv etmədə təqsirləndirilən Vüsal Qarayevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Vüsal Qarayev məhkəmə zalından həbs olunub.

İttihama görə, təqsirləndirilən şəxs vahid qəsdlə qaynanası zərərçəkmiş Tahirə Həsənova (şərti) və qaynı zərərçəkmiş Tahir Həsənovun (şərti) əmlakını yandırmaqla qəsdən məhv etmək qərarına gəlib. Bu məqsədlə o, yanacaqdoldurma məntəqəsindən hər birində bir litr olmaqla iki butulka benzin alaraq Tahirə Həsənovanın Abşeron rayonu, Saray qəsəbəsi, 20 Yanvar küçəsi 2 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən 2500 manat dəyərində 2 saylı mənzilin qarşısına gələrək, yerdən götürdüyü daşla mənzilin pəncərəsinin şüşəsini sındırıb. Daha sonra Vüsal bir ədəd butulkadakı benzini alışdırmaqla mənzilin pəncərəsinin şüşəsini sındırdığı yerdən içəri ataraq mənzildə yanğın törədib. Mənzilin 150 manat dəyərində pəncərəsi, pəncərənin 1500 manat dəyərində olan pərdəsi, pəncərənin aşağı hissəsində 50 manat dəyərində olan divar kağızları yansa da, mənzildə yanğın kənar müdaxilə olmadan söndürülüb. Nəticədə Tahirə Həsənovaya məxsus 25000 manat dəyərində mənzili və mənzilin yataq otağının 90 manat dəyərində olan lüstüru, iki ədəd hər birinin qiyməti 750 manat olan pərdələri, 300 manat dəyərində olan güzgülü kamot, üç ədəd ümumilikdə qiyməti 200 manat olan dolab dəsti, 50 manat dəyərində uşaq oyuncaqları, 600 manat dəyərində mətbəxt mebeli, 400 manat dəyərində taxt olmaqla cəmi 28140 manat dəyərində xeyli miqdarda əmlakını yandırmaqla bilavasitə qəsdən məhv etməyə cəhd edib.

Bundan sonra, Vüsal vahid qəsdlə əhatə olunan əməlini davam etdirərək həmin gün saat 20:40- də Abşeron rayonu, Saray qəsəbəsi, İ.Hüseynov küçəsi 53 saylı evin qarşısına gələrək orada qaynı Tahirə məxsus küçədə saxlanılan 15000 manat dəyərində olan “BMW 6” markalı avtomobilin üzərinə özü ilə bir litrlik plasmas butulkada gətirdiyi benzini tökərək alışqanla yandırıb. Lakin yaxınlıqda olan şəxslər tərəfindən yanğın söndürüldüyündən bilavasitə cinayəti törətməyə yönəlmiş qəsdən edilən əməli iradəsindən aslı olmayan səbəblərə görə başa çatdıra bilməyərək zərərçəkmişə 15000 manat dəyərində, avtomobilini yəni xeyli miqdarda əmlakını vahid niyyətlə yandırmaqla məhv etməyə cəhd edib.

Məhkəmə baxışında Vüsal Qarayev ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, Günay  adlı qadın onun rəsmi həyat yoldaşı olmaqla birgə nigahdan iki az yaşlı övladları var. Öz valideynlləri, Günay və az yaşlı uşaqları ilə birlikdə qaynanası Tahirənin adına olan evdə yaşayıb. Sonradan qayınanası ailə işlərinə müdaxilə etdiyi üçün aralarında ümumi narazılıq yarandığından Tahirə Həsənova Günayı götürüb yaşadığı evə aparıb. Ona görə də Tahirəyə məxsus evdən çıxaraq başqa yerdə kirayə tutduğu evdə yaşamağa başlayıblar. Uşaqları ilə görüşməyə Tahirə mane olduğu üçün əsəbləşib qayınanasına məxsus evi və onun oğlu Tahirə məxsus maşını yandırmaq qərarına gəlib. Həmin əşyaları yandıraraq onlara təsir göstərə biləcəyini düşünüb.

Ona görə də 17 noyabr 2022-ci il tarixdə, saat təxminbən 20 radələrində yanacaq doldurma məntəqəsinə gedib oradan 2 butulka hər biri bir letr olan 92 benzin alıb, Tahirəyə məxsus əvvəllər yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində 20 yanvar küçəsində yerləşən 2 saylı evin 2 saylı mənzilinə gəlib. Həmin mənzildə hazırda hec kim yaşamırmış Həmin mənzilin pəncərəsini daşla qıraraq özü ilə gətirdiyi butulkanı yandırıb qonaq otağının içərisinə atmış və evin yanmağa başladığını görüb oradan uzaqlaşaraq.

Daha sonra idarə etdiyi avtomobil ilə Saray qəsəbəsi, İ.Hüseynov küçəsi 53 saylı evin qarşısına gələrək orada qaynı Tahirə məxsus “BMW X6” markalı avtomobilin üzərinə özü ilə bir litirlik plasmas butulkada gətirdiyi benzini tökərək alışqanla yandırmış və maşın yanmağa başladıqdan sonra oradan idarə etdiyi nəqliyyat vasitəsinə minərək Abşeron RPİ-nə gəlib törətdiyi yanğın barədə məlumat verdiyini bildirib.

Sonda o, tutduğu əməldən peşman olduğunu əsas gətirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş edib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər