Azərbaycanın elm, tarix, mədəniyyət yönümlü qeyri-hökumət təşkilatları Cornell və Purdue Universitetlərinin, həmçinin Ford Fondunun dəstəyi ilə hazırlanmış “Caucasus Heritage Watch: 2-ci xüsusi hesabatı”na qarşı etiraz məktubu göndərib.
Məktubda “Caucasus Heritage Watch: 2-ci xüsusi hesabatı”ının hazırlanmasında mütəxəssislərdən 2-nin milliyyətcə erməni, digərlərinin isə ermənipərəst mövqeyi ilə tanınması xüsusi qeyd edilib və bu şəxslərin belə bir təhrif olunmuş hesabatın hazırlanmasında iştirakının təəccüb doğurmadığı vurğulanıb.