Əfqanıstanda hakimiyyətə gələn radikal “Taliban” hərəkatının ali lideri Heybətullah Axundzadə müsəlmanların müqəddəs Ramazan ayının sona yaxınlaşması və Fitr bayramının yaxınlaşması münasibətilə 2 460 məhbusun əfv edilməsi və azadlığa buraxılması barədə göstəriş verib.
Bu barədə çərşənbə günü Əfqanıstan Ali Məhkəməsi məlumat yayıb.