"Bu gün təəssüf ki, ölkədəki kinoteatrlarda, o cümlədən Nizami Kino mərkəzində millətin zövqünü xarab edən bayağı, primitiv filmlər nümayiş olunur".
Pravda.az xəbər verir ki, bu fikirləri Xalq artisti, kinorejissor, ssenari müəllifi Oqtay Mirqasımov “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino forumunda çıxışı zamanı deyib.