Naxçıvan Ali Məclisinin sabiq sədri, Milli Məclisin deputatı Vasif Talıbovun parlamentin plenar iclaslarına qatılmaması müzakirə yaradıb. Bildirilir ki, deputat plenar iclaslara qatılmırsa, üzrlü səbəbi olmalıdır, Vasif Talıbov isə heç əvvəllər də iclaslara qatılmayıb. Eyni zamanda bununla bağlı tədbir görmədiyi üçün Milli Məclisin İntizam Komissiyasının üzvləri tənqid edilir.
Məsələnin hüquqi tərəflərini Pravda.az-a açıqlamasında ekspert Əkrəm Həsənov izah edib.
