Sabah bayramdır. İslami ənənələrə görə, imkanı olan hər kəs bayram axşamı imkansızlara yardım məqsədi ilə fitrə zəkatı ayırır. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasına görə, adam başına fitrə zəkatının minimum həddi 10-15 manatdır. Amma imkanlı şəxslər daha çox fitrə zəkatı da verə bilər. Bəs, millət vəkillərimiz nə qədər fitrə zəkatı ayırıblar? Pravda.az Bizim.media-ya istinadla xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən millət vəkili Cavanşir Paşazadənin xalqımızla birgə bu Ramazanı da əmin-əmanlıq şəraitində başa vurduğunu qeyd edib:
“Təbii ki, hamı kimi mən də ailə üzvlərimizin sayına görə fitrə zəkatı verəcəm. Bunu bu axşam edəcəm. Hər ailə üzvümüzün adın təxminən 3 kiloqram xurmanın qiymətinə fitrə zəkatı çıxardacağam. Bundan başqa tanıdığım imkansız insanlara da müəyyən yardımlar edəcəm. Amma bunun miqdarını dilə gətirmək istəmirəm. İstədiyim isə odur ki, hamının bayramı xoş keçsin, süfrəsi bol olsun”.
Deputat Aydın Hüseynov isə mövzu ilə bağlı bunları deyib: