Aprelin 18-də Astara rayonunda xüsusi cihaz vasitəsilə qızıl axtaran şəxs polis tərəfindən saxlanılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Hamuşam kəndində baş verib.
Kənd sakinləri polisə müraciət edərək 1977-ci il təvəllüdlü Vidadi Vəliyevin (şərti ad-soyadlı) yaşadıqları ərazidə qanunsuz qızıl axtardığını və ondan şikayətçi olduqlarını bildiriblər. Hadisə yerinə polis əməkdaşları gəlib və həmin şəxsi Astara Rayon Polis Şöbəsinə aparmaq istəyiblər. Bu zaman V.Vəliyev qanunsuz əməl törətmədiyini deyərək etiraz edib.