Kino adamlarının hüquqlarının qorunması üçün assosiasiya yaradılması ilə bağlı təklif versək də, bu məsələ yubanır.
Pravda.az xəbər verir ki, bunu "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumu çərçivəsində "Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri" panelində müzakirə zamanı rejissor Taleh Yuzbeyov təkliflə çıxış edərkən deyib. O qeyd edib ki, bazar qaydalarına görə, hansısa formada kimlərinsə hüququnun pozulması halları qaçılmaz olur: