"Uduzmamışam. Proses gedir, apellyasiyaya vermişəm. Ondan sonra hara kimi gedəcək bilmirəm. Məhkəməyə mən yox, qarşı tərəf verib. Eşitdiyimə görə, xoşu gəlir, elə məhkəmələrdədir".
Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Səhər mərkəzi" verilişində deyib. Sənətçi şair Nazilə Səfərli ilə aralarında yaşanan məhkəmə prosesindən bəhs edib:
"Qarşı tərəf deyib ki, mən uduzsam ona 50 min manat pul verəcəyəm. O da gedib, rəqqasələrə geyim alacaq. Başa düşmədim, bizim gözəl Dövlət Rəqs Ansamblımız var. Onlar üçün də gözəl geyim tikilir. Azərbaycanda adətdir, gedirlər toya, aşgətirmə mərasimində rəqs edirlər. Onlar da pul qazanır, Nazilə xanım. Özlərinə geyim tikdirirlər də, alırlar da. Heç 50 mini bir arada görməmişəm. Əsla üzr istəməyəcəyəm".