Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

3 yaşlı oğlunu və anasını itirən musiqiçi: Qəzadan 5 dəqiqə əvvəl danışdım

953
Paylaş:
3 yaşlı oğlunu və anasını itirən musiqiçi:     Qəzadan 5 dəqiqə əvvəl danışdım

Musiqiçi Bayram Bağırsoyun ailə üzvlərini itirdiyi qəzadan danışıb. 


Pravda.az baku.ws-ə istinadən xəbər verir ki, "AStar" layihəsinə qonaq olan Bayram anası ilə qəzadan 5 dəqiqə əvvəl danışdığını bildirib:


"Maşın getdiyi yerdə tüstüləyib. Qorxublar. Çəkiblər maşın sağa görüblər artıq alovlanır. Həmin vaxt anam mənə görüntülü zəng vurmuşdu.Uşaq qorxmuşdu. Ağlayırdı. Videogörüntülü danışan zaman uşağı sakitəşdirdim. Üzərindən 5 dəqiqə keçikdən sonra maşına oturublar. KamAZ gəlib avtomobilə çırpılıb".


Qeyd edək ki, aprelin 6-da Bakı-Salyan yolundakı qəzada həyatını itirənlərdın ikisi tanınmış musiqiçi Bayram Bağırsoyun ailə üzvləri olub. Bədbəxt hadisə zamanı onun anası və üç yaşlı oğlu Bayhan vəfat edib.
Bakı-Salyan yolunda baş verən qəzada "Hyundai Accent" markalı 99-TN-320 dövlət nömrə nişanlı avtomobil xarab olaraq yolun kənarında dayanıb. Eyni istiqamətdə hərəkətdə olan "KamAZ" markalı 42-BM-084 dövlət nömrə nişanlı avtomobil ona çırpılıb.

Paylaş:

Ən son xəbərlər