Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Ələt-Astara magistralı açılıb - YENİLƏNDİ

936
Paylaş:
Ələt-Astara magistralı açılıb -   YENİLƏNDİ

Cəlilabad rayonundan keçən köhnə Ələt-Astara magistral yolunda hərəkət bərpa olunub.

Bu barədə DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev məlumat verib.

Bildirilib ki, yolun həmin hissəsində hərəkətin təhlükəsizliyi polis əməkdaşları və aidiyyəti qurumlar tərəfindən təmin olunub və hər iki istiqamətdə nəqliyyatın hərəkəti bərpa olunub.

Qeyd edək ki, Cəlilabadda əsən güclü külək nəticəsində ağaclar aşaraq magistrala düşmüşdü.

Bu səbəbdən hər iki istiqamətdə yol bağlı idi.

***

***

2023-04-21 21:31

Cəlilabadda güclü külək bir neçə ağacı aşırıb.

Təbiət hadisəsi bir sıra fəsadlar törədib.

Güclü külək nəticəsində ağaclar köhnə Ələt-Astara magistralına aşıb və yol bağlanıb.

Hazırda hər iki istiqamətdə yol bağlanıb.

Fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

APA

Paylaş:

Ən son xəbərlər