Artıq may ayının gəlişinə sayılı günlər qalıb. Bəs görəsən, bahar öz gəlişi ilə bürclərə nə vəd edir?
Mütəxəssis astroloqların araşdırmalarına istinadən may ayında bürcləri nəyin gözlədiyi sualının cavabını sizlərə təqdim edirik:
Qoç
Duyğularınızda keçmişdən qaynaqlanan bir mürəkkəblik yaşaya bilərsiniz. Müvəqqəti gündəlik gərginliyinizə çox əhəmiyyət verməyin, hisslərinizi şişirtməyin. Həyatda əldən verdiyiniz bəzi fürsətlər var ki onları geri qaytara bilərsiniz.
Platonik sevgiyə də hazır olun. Psixoloji mənada özünüzü çox güclü hiss edəcəyiniz bu ay sizi məşğul edəcək hadisələri də gündəmə gətirəcək. Uzun müddətdir gözlədiyiniz fürsətlər qarşınıza çıxacağından fəaliyyətiniz bu ay olduqca gərgin və aktiv olacaq. Başqalarının fikirləri sizi narahat etməsin.
Buğa
Ailənizə başınız qarşısa da, ətrafınıza biganə qalmayacaqsınız. Yeni insanlarla yaxşı münasibətlər saxlamaqdan məmnunluq duyacaqsınız. Ancaq yeniliyə başlamazdan əvvəl bir az gözləməlisiniz.
Ətrafdakıların təsiri altına düşmədən öz fikirlərinizə uyğun olaraq təcrübə qazana biləcəyiniz başlanğıclar və fürsətlərlə qarşılaşacaqsınız. Bu ərəfələrdə daxili tarazlığınızı qaydasında tutmalısınız. İş həyatında nəzakətli və politik davranmağın üstünlüklərini görəcəksiniz.
Ünsiyyətdə çox uğurlusunuz və ətrafınız üçün müsbət imic yaratmısınız. Haqsız rəftara qarşı ədalətli davranışınızla diqqət çəkəcəksiniz. Maraqlı mühitlərdə gəzməkdən həzz alacaq və rəngarəng həyata davam edəcəksiniz. Eşqlə maraqlansanız da, mühafizəkar münasibət nümayiş etdirəcəksiniz.
Əkizlər
Nə qədər çox qazansanız, özünüzü bir o qədər uğurlu hiss edə bilərsiniz. Keçmişdə yaşadığınız çətinliklərə görə, əsl təhlükəsizliyin pul qazanmaq və pula sahib olmaq olduğunu düşünə bilərsiniz. 2023-cü ilin may ayında eşq həyatınız və qarşılıqlı çəkiciliyiniz pik nöqtəyə çatacaq.
Münasibətinizdə misli görünməmiş heyrətamiz emosiyalar yaşayacaqsınız. Anonim əks cinsinizlə aranızda emosional qarışıqlıq yarana bilər. Dost qrupunuzu dəyişəcək və yeni mühitə daxil olacaqsınız.
Xərçəng
Münasibətlərinizə yeni üslub vermək istəyirsinizsə, tanışlıq və əməkdaşlıq üçün münasib dövrdür. Bu günlərdə siz öz emosiyalarınıza müraciət etməli və əhəmiyyət verdiyiniz duyğuların öhdəsindən gəlmək üçün bu fürsətlərdən istifadə etməlisiniz. May 2023-də münasibətlərinizi nəzərdən keçirməyin vaxtı gəlib çatıb. Sevdiyiniz insanlara qarşı hisslərinizi gizlədəcəksiniz. Çünki sınmaqdan qorxursunuz. Əgər mühüm qərar vernəyin vaxtı çatıbsa, tərəddüd etmədən addım atın.
Şir
Köhnə hisslərin geridə qaldığını düşünməyə başlayacaqsınız və bir çox keçmiş hadisələri filmlər kimi təsəvvür edəcəksiniz ki, bu da məntiqi və emosional çaşqınlıq yarada bilər. 2023-cü ilin may ayında yaradıcı ola biləcəyiniz bir mühitdə yer alacaqsınız. Məsuliyyət sizin üzərinizdə olacaq. Öz uğurlarınızı təkbaşına əldə etdikdə, çevrənizin lideri olmağa davam edəcəksiniz.
Məqsədlərinizə çatmaqda şüurlu davrandığınız üçün sizi xoş günlər gözləyir.