Molla aşı gördü, quran yaddan çıxdı deyirlər el arasında. Ancaq bu dəfə özünü din xadimi kimi qələmə verən "mollalar" qəbiristanlıqdan çəkiliş qrupunun gəldiyini görüb qaçdılar. Bu hal Yasamal qəbiristanlığında olub.
Pravda.az Xəzər TV-yə istinadən xəbər verir ki, insanlar hər bayramda vəfat edən yaxınlarının məzarını ziyarət etmək üçün qəbiristanlıqlara üz tuturlar.
Bu vəziyyətdən sui-istifadə edib özünü din xadimi kimi göstərərək oxuduğu dualardan bixəbər olanlar da var. Onların nə işlə məşğul olduqlarını soruşmaq istədikdə isə qaçaraq aradan çıxmağa çalışırlar.
Hətta bəziləri kameranın obyektivini görüb oxuduğu duanı yarımçıq qoyaraq ərazidən uzaqlaşır.