“Ölkənin bir şeyxi var, dini məsələlərlə bağlı o bir fətva verirsə, bu mütləq icra olunmalıdır. Belə çıxır ki, Qafqaz Müsəlmanlar İdarəsinin tabeçiliyində olan axundlar b qurumu saymırlar. Onlar cəzalandırılmalı, vəzifələrindən uzaqlaşdırılmalıdır”. Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Cümşüd Nuriyev deyib. Ötən gün QMİ-nin fətvasına baxmayaraq, bayram qeyd etməyən bəzi axundlar barədə danışan eks millət vəkili onları "beşinci kolon" adlandırıb: “Onlar hamısı İranın burdakı "beşinci kolon" şəbəkəsinə daxil olan adamlardır. Bütün İslam dünyası dünən Ramazanı qeyd etdi, hətta Londonda da Ramazan bayramı qeyd olundu. Belə bir şəraitdə bizim hansısa rayonun axundu bu addımı atırsa, bu artıq dövlətə qarşı getməkdir”.
Onun sözlərinə görə, belə insanlar Azərbaycanda Kərimə dövləti qurmaq istəyirlər:
“Məsələ o deyil ki, onlar Allahşükür Paşazadəni saymırlar, onlar Azərbaycanda Kərimə dövlətini qurmaq istəyənlərdir. Bu hərəkətlə cəmiyyətə bir növ mesaj verirlər ki, biz varıq, heç kəsin bizə gücü çatmaz. Bu barədə danışan deputat Ceyhun Məmmədov tamamilə düzgün vurğulayıb. Çünki Ceyhun bəy Azərbaycanda ilahiyyatı yaxşı bilən tək-tük adamlardan biridir.