Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Parlament buraxıldı

889
Paylaş:
Parlament buraxıldı

Yunanıstan Prezidenti Katerina Sakellaropulu ölkə parlamentinin buraxılması haqqında fərman imzalayıb.

Bu barədə Afina Makedoniya Xəbər Agentliyi məlumat yayıb.

Parlamentin buraxılması və mayın 21-nə seçkilərin təyin edilməsi haqqında prezidentin fərmanı axşam saatlarında ali qanunverici orqanın mühafizəsinin rəisi briqada generalı Fotis Duitsis tərəfindən parlamentin şərq girişinin qapısındakı xüsusi lövhədə yerləşdirilib.

Sənəddə o da qeyd olunur ki, mayın 21-də keçiriləcək seçkilərin yekunu üzrə seçiləcək yeni parlament iyunun 1-də yeni deputatların and içəcəyi vaxt çağırılacaq, iyunun 2-də isə yeni parlament öz sədrini seçəcək./Report

Paylaş:

Ən son xəbərlər