Bir çox tanınmış araşdırma şirkətləri Türkiyədə seçkilərlə bağlı keçirdikləri rəy sorğularının nəticələrini açıqlayır. Bunların arasında müstəqil mövqeyi ilə tanınan və bütün seçkilərdən öncə yayımladığı anketləri doğru çıxan “Areda Survey” araşdırma şirkətinin keçirdiyi rəy sorğusu xüsusi ilə diqqətlə izlənilir.
"AzPolitika.info" xəbər verir ki, sözügedən şirkət 15-20 aprel tarixində 17,400 nəfər arasında keçirdiyi son sorğunun nəticələrini açıqlayıb. Sorğunun nəticələrinə görə, “Cümhur İttifaqı”nın namizədi olan prezident Rəcəb Tayyib Ərdoğan ciddi fərqlə öndədir.
Sorğunun nəticələrinə əsasən məlum olub ki, vətəndaşlar Ərdoğan seçkinin ilk turunda qalib gələcəyinə əmindir. Ancaq seçki ikinci tura qalarsa belə, yenə Ərdoğan qalib gələcək.