Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda ağır qəza: iki nəfər öldü

951
Paylaş:
Bakıda ağır qəza:     iki nəfər öldü

Bakıda ağır yol qəzası olub.

Qasımov Əhliman Əziməmməd oğlunun idarə etdiyi “Shacman" markalı yük avtomobili, Bakı Beynəlxalq Avtovağzal kompleksinin qarşısında 1989-cu il təvəllüdlü Məhərrəmov Famil Vaqif oğlunun idarə etdiyi “Nissan X-Trail” markalı avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobildə olan sərnişinlər - 1963-cü il təvəllüdlü Kərimova Pərvanə Xanlar qızı və 1960-cı il təvəllüdlü Xələfova Təranə Xanlar qızı aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüb. Digər sərnişin 2019-cu il təvəllüdlü Məhərrəmli Vaqif Famil oğlu isə alın nahiyəsinin travması xəsarəti alıb.

Paylaş:

Ən son xəbərlər