Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Nadir Axundovun büstü oğurlandı

1 171
Paylaş:
Nadir Axundovun büstü oğurlandı

Bakıda məktəbdə oğurluq hadisəsi baş verib.

Pravda.az-ın xəbərinə görə, hadisə Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yerləşən 206 nömrəli tam orta məktəbdə qeydə alınıb.

Belə ki, məktəbin qarşısında tanınmış şəxslərə ucaldılan büstlərdən biri - Nadir Axundovun büstü naməlum şəxs tərəfindən oğurluq yolu ilə ələ keçirilib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, büstün qiyməti təxminən 5 000 manatdır.

Paylaş:

Ən son xəbərlər