Bakıda sürücüyə qarşı quldurluq edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Pravda.az-a verilən xəbərə görə, aprelin 22-də saat 22 radələrində Yasamal rayonu ərazisində “Khazar” markalı avtomobildə olan iki sərnişinin sürücünü arxadan əllə boğmağa cəhd göstərmələri, bu zaman sonuncunun avtomobili tərk etməsi və həmin şəxslərin nəqliyyat vasitəsini qaçırmaları barədə polisə məlumat daxil olub.