Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda dəhşətli qəza - 3 nəfər öldü

1 089
Paylaş:
Bakıda dəhşətli qəza -     3 nəfər öldü

Ötən gecə Bakı şəhər Binəqədi rayonu ərazisində ağır yol qəzası baş verib.

Pravda.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzalının qarşısında – Biləcəri qəsəbəsi ərazisində “Nissan” markalı minik avtomobili “Shacman” markalı yük maşınına çırpılıb.

Nəticədə “Nissan”da olan şəxslərdən 3 nəfər hadisə yerində vəfat edib, 1 nəfər xəstəxanaya yerləşdirilib. Ölənlərin yaxın qohum olduğu bildirilir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər