Poçt bildiriş gətirdi ki, aprelin 23`də Ali Məhkəmə yenə işimə baxacaq. Ali Məhkəmədə əvvəlki 5 baxışdan dördü heç nəyi dəyişməmişdi. Beşincisi hüquqi vəziyyətimi yüngülləşdirsə də, önəmli məhdudiyyətləri qüvvədə saxlamışdı. Sayca altıncı olan bu baxışı əvvəlkilərdən fərqləndirən onun hansı siyasi fonda keçirilməsidir.
Fevralın 29-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunverici hakimiyyətlə əlaqələr şöbəsinin müdürü Ədalət Vəliyev ilə görüşdüyümü bilirsiniz.
İlk təmas insan haqları və demokratiya sahəsində milli maraqların irəliləməsi üçün edə biləcəklərimizin mümkünlüyünu nəzərdən keçirən yeni görüşlərlə davam etdirildi deyə yaranan sürəci indi dialoq adlandıra bilərik.