Bərdə rayonu Arabaçılar kənd ərazisində 43 qovaq ağacının kəsilməsinə görə 86 yaşlı Xəlil Əliyev cərimələnib. Qaynarinfo-nun məlumatına görə, 1936-cı il təvəllüdlü Xəlil Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən sözügedən ağacların kəsilməsinə görə barəsində cərmə protokolunun tərtib edilməsindən narazıdır. O, məhkəməyə müraciət edərək sözügedən qərar ləğv edilməsini tələb edib:
"Həmin ağacları mən kəsməmişəm və kimin kəsdiyindəndən də xəbərim yoxdur. Məni aldadaraq və hal şahidi kimi göstərək sənədə qol çəkdiriblər. Halbuki latın qrafikasını yazıb, oxuya bilmirəm. Mənim heç bir akt və qərardan xəbərim olmayıb. Hesab edir ki, qərarın ləğv olunması üçün yetərincə əsaslar var. Mənim 86 yaşım var və 2 dəfə cərrahi əməliyyat olunmuşam. Yüksək qan təziqli və şəkər diabetli xəstəyəm. 3 kilodan ağır heç nə götürə bilmirəm. Bundan əlavə tətbiq olunmuş cərimədın 350 manat ödəniş etmişəm və hazırda imkanım yoxdur”.