BURADA REKLAMINIZ OLA
BİLƏR

İlham Əliyev: “2005-ci ildə pencəyin üstündən narıncı mayka geyinirdilər”

“Bu düşərgədə cəmləşən insanlar uzun illər iqtidara qarşı deyil, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparıblar. Ölkəmiz, xalqımız üçün pisdirsə, onlar üçün yaxşıdır. Onların fəaliyyətinin tarixi də bunu göstərir, bu tarixi yaddan çıxarmamışıq”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə deyib.

 

“Bu qüvvələr Azərbaycanı 1990-cı illərin əvvəllərində ağır vəziyyətə salmışdılar, xəyanət ediblər, torpaqlarımızın işğalını şərtləndiriblər, sonra da qorxaqcasına qaşıb gizləndilər. Bu adamlar Azərbaycana böyük zərbə vurmuşdular, vətəndaş müharibəsinə start vermişdilər, torpaqlar işğal edilən zaman burada qardaş qanı axıdılırdı. Bu qruplaşma ölkədə xaos, anarxiya yaratdı, korrupsiya dövlət siyasətinə çevrildi. Səriştəsizlik, mədəniyyətsizlik, tərbiyəsizlik AXC-Müsavat cütlüyünün rəmzinə çevrildi. O hakimiyyəti təmsil edən adamların yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində ölkə faktiki olaraq dağılma ərəfəsində idi. Ona görə də bu qruplaşmanı indiki şəraitdə siyasi qüvvə adlandırmaq olmaz. Onu bildirməliyəm ki, həmişə nəyisə gözləyirlər, xaricə faktora ümid edirlər. Yadınıza salın, 2005-ci ildə post-sovet məkanında inqilablar baş verdiyi zaman onlar da bundan ruhlanır və “narıncı inqilab” etmək fikrinə düşmüşdülər, hətta özləri üçün ayrı rəng də seçməkdə çətinlik çəkdilər. Ukraynadan narıncı rəngi götürüb burada tətbiq etmək istədilər, narıncı rəngdə maykaları sifariş etdilər, ölkəyə gətirdilər. Amma bi şeyi nəzərə almadılar, 2005-ci ildə seçkilər noyabrın ayında keçirildi. Yadımdadır, gülməli mənzərə, pencəyin, paltonun üstündən narıncı maykaları geyinirdilər. Komediya mənzərəsi yaranmışdı. Bəziləri boyunlarına salır, bəziləri də başlarına bağlayırdılar. Budur, bunların qabiliyyəti... “Ərəb baharı” da başlayanda ruhlandılar. Bu da alınmadı. 2013-cü ildə prezident seçkilərində hansı eybəcər addımlar atmışdılar, hamı xatırlayır. İndi isə koronavirus. Elə bil, bunlar üçün göydən düşmə hədiyyədir. Koronavirusa sevinən bu anti-milli qruplaşmadır. Baş verənlərdən xəbərdaram, bilirəm ki, bunların çirkin niyyətləri dəhşətli mənzərə yaradır, ölənlərin sayının artmasını arzulayırlar. Bu, iqtidara qarşı deyil, dövlətə qarşı düşmənçilikdir. Hər kəsi adı ilə çağırıram. Marginal qruplaşmaya yeni konfiqurasiyada yer yoxdur” – İlham Əliyev bildirib.

Tarix: 14 Aprel 2020, 21:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin