Ötən dövr ərzində İsrail bütün sahələrdə mühüm nailiyyətlər əldə etmiş və dünyanın ən inkişaf etmiş ölkələri sırasında yer almışdır.
Dövlət başçısı: Azərbaycan-İsrail əlaqələri daim yüksələn xətlə inkişaf edir
Pravda.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa təbrik məktubunda deyilir.
“Azərbaycan-İsrail əlaqələrinin daim yüksələn xətlə inkişaf edərək bugünkü səviyyəyə çatması məmnunluq doğurur. Bunun təməlində xalqlarımızı birləşdirən çoxəsrlik möhkəm dostluq və qarşılıqlı rəğbət hissləri dayanır”, - Prezident qeyd edib.