“Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələlərdən sonra dağıntılar altından çıxarılan və qəyyumu olmayan 1914 uşaq qeydiyyata alınıb. Yoxlamalardan sonra 1808 uşaq ailələrinə təhvil verilib”. Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi özünün “Twitter” hesabında xəbər verib.
Bildirilir ki, 71 uşaq dövlət qayğısına götürülüb, onlardan 16-nın şəxsiyyəti hələ də müəyyən edilməyib. Bundan başqa 26 uşaq xəstəxanalarda müalicə alır.