"Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya və Azərbaycan arasında imzalanan Anlaşma Memorandumu iştirakçı ölkələr arasında əlaqələrin daha da gücləndirilməsinə və bu Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək”.
Bunu “Bulgartransgaz"ın icraçı direktoru Vladimir Malinov “Bulgartransgaz”, “Transgaz”, FGSZ, “Eustream” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanma mərasimində deyib.