Məşhur çoban Xanış Şahıyevin qızı Telli Şahıyevin məhkəməyə verilməsinin təfərrüfatları bəlli olub.
Bu barədə Qaynarinfo-ya Telli Şahıyeva danışıb. O bildirib ki, məhkəməyə verilməsinin səbəbi qardaşı oğlu olub:
"Onlar məni bezdiriblər. Övladımın toyunda hay-küy saldılar. Hər dəfə bir şey edirlər. Həmin gün mən bazarda qardaşım oğlu ilə rastlaşdım. Ona dedim ki, bəs sənin qardaşın niyə mənim övladımın toyuna dava salırdı? O da mənə qarşı kobudluq etdi. Özü də polislərin qarşısında. Gördüm ki, polislər heç bir tədbir görmədi, şöbəyə getdim. Uca səslə mənə qarşı kobudluq, zorakılıq elədiyini dedim. Məsələ böyüdü, dedilər belə etməklə qanunu pozmusan. Amma mənim əvəzimə qardış oğlunu cəzalandırmalı idilər”.